logo

Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

15:15 18-11-2019 | icon 2450
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Noyabrın 22-23-də Moskvada növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, iki gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə dəyirmi masalar təşkil ediləcək, forumun plenar iclası keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı olacaq.