logo

Azərbaycan-Gürcüstan diplomatik əlaqələrin qurulmasından 27 il ötür

14:49 18-11-2019 | icon 2205
Azərbaycan-Gürcüstan diplomatik əlaqələrin qurulmasından 27 il ötür

Noyabrın 18-də Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 27-ci ildönümü tamam olur.

 YeniAvropa xəbər verir  ki, 1992-ci ilin məhz bu günü iki ölkə arasında diplomatik əlaqələr qurulub. Ötən 27 il ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıb, regionda irimiqyaslı enerji və nəqliyyat layihələri reallaşdırılıb.

Xatırladaq ki, 1995-ci ilin fevralında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.

2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.

Son 27 ildə iki ölkə arasında 100-dən çox hüquqi sənəd imzalanıb.

Bundan əlavə, Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRACECA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Bu gün Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi, Gəncə şəhəri ilə Kutaisi və Rustavi, Sumqayıt ilə Rustavi, Şəki ilə Telavi və hazırda hər iki ölkənin işğal altında olan Xankəndi ilə Suxumi şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb.