logo

İranda benzinin bahalaşmasına görə əhaliyə kompensasiya veriləcək

13:08 18-11-2019 | icon 2450
İranda benzinin bahalaşmasına görə əhaliyə kompensasiya veriləcək

İranda benzinin qiymətinin bahalaşmasına görə əhalinin aztəminatlı ailələrinə kompensasiya ödəniləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hökumətin bu gün keçirdi toplantıda 19 milyon ailəyə kompensasiyanın verilməsi qərara alınıb.

Qeyd edək ki, hökumət bu qərarı İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin tövsiyəsinə əsasən qəbul edib.

Xatırladaq ki, İranda benzinin qiymətinin bahalaşması kütləvi etirazlarla səbəb olub.