logo

Milli Məclidə 2020-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunur

10:51 18-11-2019 | icon 2464
Milli Məclidə 2020-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunur

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilir.

 YeniAvropa xəbər verir  ki, iclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur.

Xatırladaq ki, müvafiq komitələrdə müzakirələrdən sonra noyabrın 12. 13 və 14-də  Milli Məclisin plenar iclaslarında 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr  aparılıb. İclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layıhələri, eləcə də Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunub.

İclaslarda hökumət üzvləri də iştirak edib. 

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24, 135 milyard manat, xərcləri isə 26, 914 milyard manat proqnozlaşdırılır.