logo

Yeni icra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi

19:19 17-11-2019 | icon 2142
Yeni icra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi

Suraxanı rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov özünə yeni köməkçi təyin edib.

YeniAvropa xəbər verir  ki,  Ə.Əzizov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən,  Murad Əsgər oğlu Ağayev Suraxanı rayon İcra Hakimiyyətinin başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. O, bundan əvvəl Yasamal rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayev əvvəllər Cəlilabad rayon icra hakimiyyəti başçısının sürücüsü olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamlarla  Ə.Əzizov Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək,  Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ə.Əzizov daha əvvəl-2006-2018-ci illərdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Zəriri qeyd : Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsi yaxın qohumların birgə işləməsini yasaqlayır.