logo

Gürcüstan müxalifəti paytaxt Tbilisidə etiraz yürüşü keçirir

15:51 17-11-2019 | icon 2401
Gürcüstan müxalifəti paytaxt Tbilisidə etiraz yürüşü keçirir

Gürcüstanın birləşmiş müxalifət partiyaları noyabrın 17-də Tbilisinin mərkəzində yerləşən Rustaveli prospektindəki Puşkin parkından parlamentin binasına qədər yürüş keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əllərində Gürcüstan bayraqlarını və müxtəlif plakatlar tutmuş insanlar “Gürcüstanı dəyişək!” şüarı səsləndirərək, müvəqqəti keçid hökumətinin yaradılmasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

İki mindən çox insanın iştirak etdiyi yürüş səbəbindən Rustaveli prospekti bağlanıb, polis təhlükəsizlik tədbirləri görür.