logo

Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib

11:52 17-11-2019 | icon 2275
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib. 

YeniAvropa xəbər verir  ki, bu barədə M.Əliyeva özünün “Instagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.