logo

Müxalifət Tbilisidə parlament qarşısında iri çadır qurdu

23:51 16-11-2019 | icon 2653
Müxalifət Tbilisidə parlament qarşısında iri çadır qurdu

Tbilisidə aksiyanın keçirildiyi parlament binası qarşısında müxalifət nümayəndələri böyük ölçüdə çadır qurublar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  çadır aksiya təşkilatçıları üçün qərargah funksiyasını yerinə yetirəcək.

"Güc birlikdədir" müxalif birliyinin təmsilçisi Giorgi Vaşadze bildirib ki, aksiya təşkilatçıları çadırda məsləhətləşmələr aparacaqlar.

O qeyd edib ki, müxalifətin sabah saat 15:00-a təyin olunan kütləvi aksiyasına hazırlıq işləri aparılır.

G.Vaşadze sabahkı aksiyada müxalifətin fəaliyyət planının açıqlanacağını deyib.

Xatırladaq ki, Gürcüstan paytaxtında parlamentinin binası önündə iartıq kinci gündür ki, etiraz aksiyası keçirilir.Aksiyaçıların əsas tələbi hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar həmçinin müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edirlər.

Aksiya iştirakçıları tələbləri qəbul olunmayana qədər aksiyalara ara verməyəcəklərini bildiriblər.

Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıblar.

Hazırda parlamentin yerləşdiyi Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.