logo

Şeyxin nəvəsi evləndi

21:59 16-11-2019 | icon 2492
Şeyxin nəvəsi evləndi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ailəsində xoş gün yaşanır.

YeniAvropa xəbər verir ki, şeyxin böyük qızı Əmanət Paşazadənin oğlu Xanlar bu gün ailə həyatı qurur. Şeyxin nəvəsi Türkiyə vətəndaşı olan xanımla evlənir.

"Axşam.az"ın məlumatına görə, bir neçə gün öncə  cütlüyün xınayaxdı mərasimi baş tutub.

Qeyd edək ki, bu gün toyu olan Xanların atası, yəni şeyxin kürəkəni Adış Məmmədov isə diplomatik fəaliyyətlə məşğuldur. O, 2018-ci ilin sonlarınadək Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.