logo

İcra başçısının birinci müavini işdən çıxarıldı

21:20 16-11-2019 | icon 2338
İcra başçısının birinci müavini işdən çıxarıldı

Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub.

YeniAvropa xəbər verir  ki,  bu barədə  İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib. R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib.

Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Hazırda onun yerinə təyinat yoxdur.

Xatırladaq ki, prezident İlham Əliyev sentyabrın 30-da Ağsu rayon İcra Hakimiyyətinə  yenə başçı təyin edib. Prezidentin sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.