logo

Bakıda ağır avtoqəzada 4 nəfər xəsarət aldı

20:55 16-11-2019 | icon 3661
Bakıda ağır avtoqəzada 4 nəfər xəsarət aldı

Paytaxtda ağır yol qəzası baş verib. 

YeniAvropa xəbər verir  ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Səhiyyə Nazirlyiidnən verilən məlumata görə, iki minik avtomobilinin toqquşması barədə məlumat təcili yardıma saat 18:34 də məlumat daxil olub.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə aparılıblar.

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza yerində yardım göstərilib, hospitalizasiyadan imtina edib.