logo

Müxalifət Tbilisidə  etiraz aksiyalarını yenidən bərpa edib

19:10 16-11-2019 | icon 2618
Müxalifət Tbilisidə  etiraz aksiyalarını yenidən bərpa edib

Gürcüstanın birləşmiş müxalifəti paytaxt Tbilisidə, ölkə parlamentinin binası önündə etiraz aksiyasını noyabrın 16-da bərpa edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, aksiyaya mindən çox insan qatılıb. İştirakçıların əsas tələbləri hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Müxalifət, həmçinin ölkədə müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edir.

Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Parlamentin qarşısındakı Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.

Xatırladaq ki, müxalifət sabah- noyabrın 17-də saat 15:00-da ölkə üzrə ümumxalq yürüşü və böyük mitinq keçirmək barədə qərar qəbul edib.