logo

Slovakiya–Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcəklər

18:12 16-11-2019 | icon 3003
Slovakiya–Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcəklər

Futbol üzrə “Evro2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya–Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

 YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sergey Boyko olacaq. Ona Volodimir Volodin və Semen Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Slovakiya–Azərbaycan oyunu noyabrın 19-da Trnava şəhərindəki Antona Malatinskeho adına stadionda keçiriləcək.