logo

Abşeronda  "Juqili"nin vurduğu piyada  qadın ölüb

17:49 16-11-2019 | icon 3997
Abşeronda  "Juqili"nin vurduğu piyada  qadın ölüb

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Səbinə Həsənova Ağcabədi rayon sakini İ.Məhəmmədlinin idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.