logo

Serbiya prezidenti xəstəxanaya yerləşdirildi

16:55 16-11-2019 | icon 2555
Serbiya prezidenti xəstəxanaya yerləşdirildi

Serbiya prezidenti Aleksandar Vuçiç ürəyində yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Serbiya prezidentinin mətbuat xidməti məlumat yayıb. “Prezident Aleksandar Vuçiç noyabrın 15-də axşam saatlarında kardiovaskulyar problemlər səbəbindən Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirilib”, - deyə məlumatda bildirilir.

Hələlik 49 yaşlı serb liderinin səhhəti barədə məlumat verilmir. Serbiyanın müdafiə naziri Aleksandar Vulinin sözlərinə görə, Vuçiç ölkənin rifahı üçün çox çalışır, səhhətini qorumur və həkimlərin məsləhətlərinə əhəmiyyət vermirdi.