logo

Pakistanda ildırım vurması nəticəsində 22 adam ölüb

15:10 16-11-2019 | icon 2569
Pakistanda ildırım vurması nəticəsində 22 adam ölüb

Pakistanın Sind əyalətinin Tarparkar dairəsində ildırım vurması nəticəsində ilkin məlumata görə 22 adam ölüb, 20 nəfər yaralanıb.

 YeniAvropa Pakistan mətbuatına istinadla xəbər verir ki, əyalətin bir çox kəndləri ilə mobil telefon əlaqəsi olmadığından bu rəqəmin artacağı ehtimal edilir. Yaralananların çoxunun vəziyyəti ağırdır.

Xatırladırıq ki, Sind əyalətində bir neçə gündür aramsız yağış yağır, ildırım çaxır.

Məlumatda deyilir ki, ildırım vurmasından əyalətdə onlarca iri və xırdabuynuzlu heyvan da tələf olub.