logo

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 31 nəfər saxlanılıb

13:48 16-11-2019 | icon 2317
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 31 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 12 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.