logo

“Nissan” 450 mindən çox avtomobilini geri çağırır

11:14 16-11-2019 | icon 2401
“Nissan” 450 mindən çox avtomobilini geri çağırır

Yaponiyanın tanınmış “Nissan” avtomobil konserni ABŞ və Yaxın Şərqdən 450 mindən çox avtomobilini əyləc mayesinin sızmasına görə geri çağırır.

 YeniAvropa "Kyodo" agentliyinə istinadla xəbər verir ki, bu nasazlığın yanğın törətmək təhlükəsi olduğu bildirilir.

Həmin avtomobillərin 436 mini ABŞ və Kanadadan, 8 mini isə Yaxın Şərqdən geri çağırılacaq.