logo

Avropa Bankı Özbəkistanda Xarici Sərmayədarlar Şurası yaratdı

21:13 15-11-2019 | icon 2576
Avropa Bankı Özbəkistanda Xarici Sərmayədarlar Şurası yaratdı

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) iştirakı ilə Özbəkistan Prezidenti yanında Xarici Sərmayədarlar Şurası (XSŞ) yaradılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, XSŞ-ın əsas vəzifələri Özbəkistan iqtisadiyyatına sərmayə qoyuluşu, sənaye-texniki və innovasiya inkişafı üzrə ölkəyə yardım göstərilməsi, milli məhsulların xarici bazarlara çıxarılması, elektron kommersiya sisteminin inkişafı, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasından ibarətdir. Şuranın tərkibinə xarici şirkətlərin, bankların, investisiya strukturlarının, beynəlxalq maliyyə institutlarının, EBRD-nin rəhbərliyi və nümayəndələri daxildir.

Şuranın hər il plenar, 2 ildən bir isə aralıq sessiyalarının keçirilməsi planlaşdırılır.