logo

Şura 2020-ci ildə dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi keçirilməsinə qərar verib

19:20 15-11-2019 | icon 2758
Şura 2020-ci ildə dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi keçirilməsinə qərar verib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

 YeniAvropa xəbər verir  ki, şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi elan etməsi barədə məlumat verib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura üzvü Sahib Məmmədov, Anar Xəlilov, Şahin İsmayılov və Zakir Hacıyev çıxış edərək gündəlikdəki məsələ barədə rəy və təkliflərini bildiriblər.
Şura üzvü Əliməmməd Nuriyev xarici səfərdə olduğundan onlayn formada iclasa qatılaraq gündəlikdəki məsələyə münasibətini bildirib.
Müzakirələrdən sonra Şuranın dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi keçirməsi haqqında qərar qəbul olunub. Müsabiqənin elanı noyabrın 20-də Şuranın internet saytlarında yerləşdiriləcək.