Cari ilin on ayında Azərbaycanın ümumi ixracının 90,46 %-ni neft-qaz və neft məhsulları təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Məlumatda qeyd edilir ki, hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 77,08 %-ni , təbii qaz 11,19 %-ni , neft məhsulları isə (2710 mal kodu üzrə) 2,19 %-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,92 faiz, təbii qazın 7,57 faiz, neft məhsullarının payı 2,88 faiz təşkil edib.