logo

Cari ildə Azərbaycandan 9,6 milyard m3-dək təbii qaz nəql edilib

15:10 15-11-2019 | icon 2548
Cari ildə Azərbaycandan 9,6 milyard m3-dək təbii qaz nəql edilib

On ayda Azərbaycandan 9 milyard 590 milyon 60 min m3 təbii qaz ixrac olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd edilib ki,yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 882 milyon 541 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 6 milyard 184 milyon 175 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri isə 1 milyard 209 milyon 621 min dollar olub.