logo

Saakaşvili Gürcüstanda müxalifətin növbədənkənar seçki tələbini alqışladı

14:58 15-11-2019 | icon 2583
Saakaşvili Gürcüstanda müxalifətin növbədənkənar seçki tələbini alqışladı

Sabiq prezident Mixail Saakaşvili Gürcüstan birləşmiş müxalifətinin proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı tələblərini alqışladığını bəyan edib. yr və gələcəyə ümidlə baxır.

 YeniAvropa xəbər verir  ki, o,  bu barədə "Pirveli" telekanalına müsahibəsində bildirib.

"Şübhəsiz, mən gürcü müxalifətinin tələbini alqışlayıram və bu prosesə fəal qoşulacağam. Gürcüstanı xilas etmək lazımdır. Məndə heç vaxt olmadığı qədər ümid var! Biz hamımız dövlət quruluşunu və Gürcüstanın müstəqilliyini xilas etməliyik, ambisiyalarımızı təxirə salmalı və gürcü xalqını dəstəkləməliyik" , - deyə o, birbaşa yayımda vurğulayıb.

O, əlavə edib ki, aksiyanı ölkənin bütün regionlarına yaymağı və etirazları davam etdirməyi əhəmiyyətli hesab edir.

Xatırladaq ki, ötən gün parlament binası qarşısında keçirilən mitinq gecə saatlarək davam edib,Yaxınlıqdakı ərazidə bir neçə çadır qurulub, Aksiya iştirakçıları tonqal qalayıblar, onlar özləri ilə isti geyim və yemək gətiriblər.

yerli mətbuatın məlumatına görə, Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası bu gün saat 19:00-da bərpa olunacaq.