logo

Fransada güclü qar səbəbindən 300 min ev elektriksiz qalıb

11:30 15-11-2019 | icon 2793
Fransada güclü qar səbəbindən 300 min ev elektriksiz qalıb

Fransanın cənub-şərqində yağan güclü qar azı 300 min evi elektriksiz qoyub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, elektrik təchizatında kəsintilərin əsas səbəbi qarın ağırlığına tab gətirməyən ağacların aşaraq naqilləri qırmasıdır.

İzer departamentində  isə yıxılan ağac bir sürücünün həyatına son qoyub.

"Enedis" elektrik təchizatı şirkətinin nümayəndəsi sözlərinə görə, qar Drom, Rona, Ardeş və İzer departamentlərində elektriklə bağlı vəziyyətə daha çox təsir göstərib.

Xatırladaq ki, ötən gün regionun yeddi departamentində güclü qar və buzlama səbəbindən narıncı təhlükə səviyyəsi elan olunub.