logo

Almaniya 61 Azərbaycan miqrantını geri qaytardı

10:59 15-11-2019 | icon 2387
Almaniya 61 Azərbaycan miqrantını geri qaytardı

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında qeyd edilib. Bildirilib ki,  miqrantların  22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıblar.