logo

Türkiyə millisi "Euro2020"nin final mərhələsinə vəsiqə qazanıb

23:11 14-11-2019 | icon 3038
Türkiyə millisi "Euro2020"nin final mərhələsinə vəsiqə qazanıb

Noyabrın 14-də “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində 11-ci tura start verilib.

 YeniAvropa xəbər verir  ki, H qrupunda yer alan Türkiyə millisi İslandiya seçməsini qəbul edib.

“Ali Sami Yen” stadionunda keçirilən görüşdə hesab açılmayıb.

Oyunun heç-heçə bitməsinə baxmayaraq, Türkiyə millisi xalların sayını 20-yə çatdıraraq sona bir tur qalmış Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

0-5