logo

İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ olub

20:36 14-11-2019 | icon 2674
İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ olub

Bu gün axşam saatlarında İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

 YeniAvropa xəbər verir  ki, "Reuters" agentliyinin Avropa-Aralıq dənizi seysmoloji mərkəzinə istinadla yaydığı məlumata görə, yeraltı təkanların episentri 452 min nəfər əhalisi olan Manado şəhərindən 169 kilometr şərqdə qeydə alınıb. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib.

İndoneziya meteorologiya, iqlim və geofizika agentliyi sunami təhlükəsi elan edib. Hələlik zərər çəkənlər və dağıntılar barədə informasiya daxil olmayıb.