logo

Deputatlarımız Belarusda parlament seçkilərini müşahidə edəcəklər

19:59 14-11-2019 | icon 2156
Deputatlarımız Belarusda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisinin deputatları Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili noyabrın 17-də Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) keçiriləcək seçkiləri müşahidə edəkmək üçün bu ölkəyə səfər ediblər. 

 YeniAvropa xəbər verir  ki, Azərbaycan nümayəndə heyəti səfər müddətində seçkilərlə bağlı səsvermə prosesini izləyəcəkl, səsvermədən sonra  seçkilərin nəticələrinə dair açıqlama verəcəklər.

Qeyd edək ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkənin hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə min nəfər beynəlxalq müşahidəçi iştirak edəcək. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyəcək.