logo

Elmar Məmmədyarov İsrailin Azərbaycandakı səfirini qəbul edib

17:59 14-11-2019 | icon 2205
Elmar Məmmədyarov İsrailin Azərbaycandakı səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 14-də İsrailin Azərbaycandakı səfiri  Dan Stavı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib .

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə səfir Dan Stav diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası Hökuməti və İsrail Hökuməti arasında birgə komissiyanın fəaliyyətinə və 2018-ci ilin 15-16 may tarixlərində keçirilmiş birinci iclasına toxunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov səfir Dan Stavın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.