"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir
"Bakcell" şirkəti növbəti dəfə internetin sınaq və təhlili sahəsində dünya lideri olan "Ookla" tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Qeyd edilib ki, şirkət 2019-cu ilin I və II rübü üzrə “Ən sürətli mobil şəbəkə üzrə Speedtestmükafatı”nın qalibi olub. Bu mükafatı qazanmaq üçün "Bakcell" ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat göndərmə sürəti və ən yüksək “SpeedScore” (sürət balları) nəticəsini nümayiş etdirib.
“Ookla”nınSpeedtest platforması vasitəsilə həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir ki, "Bakcell" şəbəkəsində orta yükləmə sürəti saniyədə 37.99 meqabit, orta məlumat göndərmə sürəti isə saniyədə 16.79 meqabitə bərabərdir.
“"Bakcell" öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. Mən şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə Ookla tərəfindən yüksək qiymətləndirilib və Bakcell şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha da təsdiq olunub. Bakcell öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səylə çalışacağıq”,- deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.
Xatırladaq ki, "Bakcell" artıq üçündü dəfədir ki, Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.
“Hər gün Speedtest üzərindən aparılan milyonlarla sınaq sayəsində "Ookla" bütün dünya üzrə internet nəticələri barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq, biz böyük məmnuniyyətlə təsdiq edirik ki, Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir. Bu mükafat "Bakcell" abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində əldə etdiyi xüsusi xidmət keyfiyyətinin bariz göstəricisidir” deyə,- “Ookla”nın icraçı vitse prezidenti Jamie Steven bildirib.
Tədbirdə qeyd edilib ki, "Bakcell" öz şəbəkəsini və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ