logo

Küveytin baş naziri və hökumət üzvləri istefa verib

13:10 14-11-2019 | icon 2618
Küveytin baş naziri və hökumət üzvləri istefa verib

Küveytin baş naziri şeyx Cabir əl-Mübarək əl-Hamad əs-Sabah dövlət başçısı əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın adına istefa ərizəsi yazıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hökumətdən əldə olan məlumata görə, nazirlər kabinetinin başçısı ilə yanaşı, Küveyt əmirliyinin bütün hökumət üzvləri də istefa verib.

Hökumətinin rəsmi nümayəndəsinin sözlərinə görə, nazirlər kabinetinin istefası “onun yenidən təşkilatlanması” məqsədi daşıyır. Ölkə parlamentinin spikeri Marzuk əl-Hanim isə öz növbəsində Küveyt əmirinin qanunverici orqanı istefaya göndərmək niyyətinin olmadığına əminliyini ifadə edib.