logo

Moskvada MDB təhlükəsizlik şuraları katiblərinin görüşü keçiriləcək

10:10 14-11-2019 | icon 2030
Moskvada MDB təhlükəsizlik şuraları katiblərinin görüşü keçiriləcək

Noyabrın 22-də Moskvada Müstəqil Dövlətlər Birliyinə(MDB) üzv ölkələrinin təhlükəsizlik şuraları katiblərinin növbəti görüşü olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, görüşdə Mərkəzi-Orta Asiya regionunda təhlükəsizlik, MDB dövlətlərində dini radikalizmin yayılmasına qarşı mübarizə, MDB Antiterror Mərkəzinin fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.