logo

Putin Braziliyaya sammitə yollandı

22:31 13-11-2019 | icon 2345
Putin Braziliyaya sammitə yollandı

Rusiya prezidenti Vladimir Putin Braziliyaya işgüzar səfərə gedib.

YeniAvropa xəbər verir  ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, Kreml rəhbəri XI BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) sammitində iştirak edəcək. Səfər çərçivəsində Vladimir Putin, həmçinin, Çin və Hindistan prezidentləri Si Tsinpin və Narendra Modi ilə ikitərəfli görüşlər keçirəcək. Rusiya liderinin səfər proqramında Braziliya prezidenti Jair Bolsonaru ilə görüş də var. Dövlət başçıları regional və ikitərəfli əlaqələri müzakirə edəcəklər.