logo

Azərbaycan-Uels matçını türk əsilli alman hakim idarə edəcək

18:20 13-11-2019 | icon 3143
Azərbaycan-Uels matçını türk əsilli alman hakim idarə edəcək

"Evro2020"nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının hakim təyinatları açıqlanıb.

YeniAvropa xəbər verir  ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Deniz Aytekinə yan xətt hakimləri Eduard Beytinger və Rafael Foltın kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə Niderlandan olan Mark Bos olacaq.

Qeyd edək ki, Deniz Aytekin ilk dəfə Azərbaycan millisinin oyununa təyinat alsa da, daha öncə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki matçını idarə edib. 2011-ci ildən beynəlxalq təyinat alan hakim Ağdam təmsilçisinin Madriddə İspaniya "Atletiko"su ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada iş başında olub. O, matçın 59-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə endirdiyi üçün Pedro Enrikeyə birbaşa qırmzı vərəqə verib.

Türk əsilli referi ötən il Millət Liqasında Uelsin səfərdə Danimarkaya uduzduğu (0:2) görüşü də idarə edib.

Xatırladaq ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq.