Bakıda Azərbaycan-BƏƏ Hökumətlərarası Birgə Komissiyasının iclası keçirilib
Bu vaxtadək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon dollardan çox sərmayə yatırılıb.
YeniAvropa xəbər verir ki, bu fikri iqtisadiyyat naziri, Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Mikayıl Cabbarov noyabrın 13-də Bakıda BƏƏ-nin iqtisadiyyat naziri, Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri ilə görüşdə səsləndirib.
Nazir M.Cabbarov Azərbaycan-BƏƏ siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və BƏƏ beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.
İqtisadiyyat naziri qeyd edib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquqi baza yaradılıb, müxtəlif sahələrdə 30-dan çox sənəd imzalanıb. İkitərəfli əlaqələrdə investisiya əməkdaşlığının önəmini vurğulayan M.Cabbarov BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon ABŞ dollarından çox sərmayə yatırıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə 340-dan çox BƏƏ şirkəti qeydiyyata alınıb. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 38 faiz artıb. Artım tendensiyası bu ilin 9 ayında da davam edib və 22,5 faizlik artım müşahidə olunub.
Nazir Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsinin və Ticarət Evinin fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, qarşılıqlı ticarət həcminin daha da artırılmasının və strukturunun şaxələndirilməsinin önəmini vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində keçirilən görüşlərin rolunu vurğulayıb.
Görüşdə iki ölkə arasında enerji, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, qida təhlükəsizliyi, İKT, ticarət, investisiya, maliyyə, gömrük, kiçik və orta biznes, turizm, humanitar və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Həmin gün Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.
Azərbaycanın İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı istiqamətində keçirilən işgüzar görüşlərin, sərgilərin, yarmarkaların əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, indiyədək Dubay, Əbu-Dabi və Şarca şəhərlərinə ixrac missiyaları təşkil olunub, Dubayda hər il ənənəvi olaraq keçirilən “Global Village” sərgisində Azərbaycan pavilyonu açılıb. Azərbaycan şirkətlərinin “Dubay EXPO-2020” sərgisində də iştirakı nəzərdə tutulur.
Azərbaycanda aparılan islahatlar barədə məlumat verən M.Cabbarov qeyd edib ki, iqtisadi islahatların, sistemli tədbirlərin uğurlu nəticələri beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business 2020" hesabatında 190 ölkə arasında 34-cü yerdə qərarlaşan Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb, Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal Rəqabətlilik Hesabatı”nda isə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci olub.
Komissiyanın iclasında İqtisadiyyat naziri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, BƏƏ investorlarını tətbiq olunan investisiya təşviqi mexanizmlərindən faydalanmağa, sənaye zonalarına və aqroparklara investisiya yatırmağa, birgə layihələrin icrasına dəvət edib. M.Cabbarov Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayaraq, ölkələrimiz arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın böyük potensialını qeyd edib.
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizin böyük inkişafa nail olduğunu vurğulayıb. Komissiyanın həmsədri BƏƏ iqtisadiyyatı barədə məlumat verib, ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tədbirdə tərəflər iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri imzalayıblar. Sənəddə ticarət, sərmayə, sənaye, energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, nəqliyyat, rabitə və yüksək texnologiyalar, innovasiya və rəqəmsallaşdırma, turizm, mədəniyyət, təhsil və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
“Qarabağ” “Düdenlanj”la heç-heçə edərək qrupda üçüncü oldu
Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışıb
Tofiq Zülfüqarov: "Nazirlərin Bratislava görüşünün nəticəsi biabırçılıqdır”
Riqada Azərbaycan və Latviya XİN başçılarının görüşü keçirilib
Həştərxanda Heydər Əliyev anılıb
Millət vəkillərinin polis və prokuror övladları - SİYAHI
Kiyevdə GUAM ölkələri hökumət başçılarının plenar iclası keçirilib
Gürcüstanın baş prokuroru istefa verib
Tağı Əhmədov da YAP-ın seçkilərdə səlahiyyətli nümayəndəsi olacaq
Keçmiş "ANS radio"nun tezliyinin satış tenderinə 5 iddiaçı qatılıb
Manatın sabaha olan məzənnəsi
"Quş qripi"nə dair monitorinq aparılacaq
“Forbes”: Angela Merkel 2019-cu ildə dünyanın ən nüfuzlu qadınıdır
Türkmənistan prezidenti Bitərəflik Günündə 528 məhbusu əfv etdi
Məşhəd-Bakı birbaşa aviareysi açılır
Piyada ölümlərinin artmasına səbəb nədir?
"Azercell"dən 5G virtual oyunları və fotomüsabiqə!
"BMW" Macarıstanda zavod inşa ediəcək
Vladimir Zelenski Azərbaycana rəsmi səfərə gələcək
AQTA zərərli toyuq ətini dönərxanalara paylayan sex aşkarlayıb
TANAP-la Türkiyəyə 3,5 milyard m3 “Şahdəniz” qazı göndərilib
Rusiya Almaniyanın iki diplomatını geri göndərib
Siyavuş Novruzov: "Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun”
Elmar Məmmədyarov Latviya Kitabxanasına kitab hədiyyə edib
İrandan Azərbaycana 2 kq-dan çox heroin gətirmək istədi