logo

Prezident Yevlax şəhərinin inkişaf layihələrinə 5 milyon manat ayırdı

16:17 13-11-2019 | icon 2177
Prezident Yevlax şəhərinin inkişaf layihələrinə 5 milyon manat ayırdı

Prezident İlham Əliyev noyabrın 13-də “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.