Qarabağın Azərbaycan icması da Lavrova cavab verdi
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb.
YeniAvropa xəbər verir ki, bəyanatda deyilir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, Sergey Lavrov kimi təcrübəli bir diplomatın bu cür ifadələr səsləndirməsi ciddi təəssüf və təəccüb doğurur.
Keçən ay Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Dağlıq Qarabağın Azərbaycan əhalisi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş digər 7 rayonun əhalisi kimi etnik təmizləməyə məruz qalmışdır.
Münaqişənin həllinə məsul olan ATƏT-in Minsk prosesi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları maraqlı tərəflər kimi müəyyən olunmuşdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm beynəlxalq təşkilatların sənədlərində də heç vaxt “Dağlıq Qarabağ xalqı” məfhumu qeyd edilməyib.
Xatırlatmaq istərdik ki, 2019-cu il də Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrləri iki dəfə regiona səfər edib və hər iki səfərin yekun birgə bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ilə görüşdüklərini ayrıca qeyd ediblər.
Sergey Lavrovun brifinqdə səsləndirdiyi fikirlər həm də ona görə təəssüf hissi doğurur ki, o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayondan 1 milyondan çox köçkün düşmüş azərbaycanlının öz torpaqlarına geri qayıtmaq hüququnu brifinqdə vurğulamır.
Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktının tələbidir.
Rusiya xarici işlər naziri Sergey Lavrov özü də beynəlxalq tədbirlərdə çıxışı zamanı BMT Nizamnaməsinə riayət edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edir və buna görə digər dövlətləri tənqid edir.
Biz Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bəyan edirik ki, icmamızın 80 mindən çox azərbaycanlı üzvü öz yurduna geri qayıdacaqları günü gözləyir. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası həyata keçirən həmsədr dövlətlərdən və nüfuzlu beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyirik. Yalnız bundan sonra Dağlıq Qarabağda sülh bərqərar ola və keçmişdə olduğu kimi, azərbaycanlılarla ermənilər sülh şəraitində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində yaşaya bilərlər".
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir