logo

Bakıda “MDB üçün 100 ideya” beynəlxalq layihələri sərgisi keçiriləcək

15:13 13-11-2019 | icon 2296
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq layihələri sərgisi keçiriləcək

Noyabrın 14-15-də Bakıdakı “Crystall Hall”da “MDB üçün 100 ideya”  beynəlxalq gənclər layihələri sərgisi keçiriləcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə Müstəqil Dövlətlər Birliyi(MDB) İcrayyə Komitəsindən bildirilib. Qeyd edilib ki, sərginin keçirilməsində məqsəd MDB məkanında gənclərin əməkdaşlığının möhkəmlənməsi və onların təşəbbüslərinin dəstəklənməsidir. 

Sərgidə MDB-yə daxil olan ölkələrdən gəlmiş nümayəndə heyətləri ayrı-ayrılıqda öz ölkələrinin gənc alimləri və gənclər təşkilatları tərəfindən öz ölkələri üçün hazırladıqları 100 səmərəli ideya arasından seçilmiş  müxtəlif sahələrə aid 10 ideyanı təqdim edəcəklər.

Xatırladaq ki, “MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsi çərçivəsində müsabiqələr 2014-cü ildən Belarusun təşəbbüsü ilə iki ildən bir keçirilir . Layihə MDB-nin Gənclərin İşi Şurası tərəfindən dəstəklənir.