logo

Sahil Babayev:Gələn il DSMF əhaliyə 4 milyard 684 milyon manat verəcək 

14:10 13-11-2019 | icon 2590
Sahil Babayev:Gələn il DSMF əhaliyə 4 milyard 684 milyon manat verəcək 

2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq. Gələn il ünvanlı sosial yardımın məbləği 50 milyon manat artırılacaq.

YeniAvropa xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 13-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Sahil Babayev qeyd edib ki, qeyri-büdcə təşkilatları tərəfindən büdcəyə 76,2 milyon manat vəsaitin daxil olması gözlənilir.