logo

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir

12:05 13-11-2019 | icon 2380
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir

Noyabrın 13-də Milli Məclisin plenar iclasında 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilir.

 YeniAvropa xəbər verir  ki, iclası Milli Məclisin sədri Oqtay Əsədov açıb.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr aparılır.

Xatırladaq ki, Milli Məslisdə dünən başlanılan müzakirələr ardıcıl olacaq 3 gün davam edəcək. İclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layıhələri, eləcə də Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

İclasa baş nazir Əli Əsədov, müxtəlif nazirlik və komitələrin rəhbərləri də qatılacaqlar.

Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24, 135 milyard manat, xərcləri isə 26, 914 milyard manat proqnozlaşdırılır.