Dekabrdakı hərracda 120 dövlət əmlakı özəlləşdirilməyə çıxarılr
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac dekabrın 10-da keçiriləcək.
Komitədən YeniAvropa-ya bildirilib ki, budəfəki hərraca ümumilikdə 120 dövlət əmlakı çıxarılıb. Onlardan 70-i kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyəti, 6-sı yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 25-i isə nəqliyyat vasitəsi və avadanlıqlardır.
Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahələri 12,2 kvadratmetr ilə 2102,4 kvadratmetr arasındadır. Respublikanın müxtəlif bölgələrində yerləşən bu dövlət əmlakları arasında ticarət, xidmət obyektləri, o cümlədən istehsal müəssisələri, əmlak kompleksləri, qeyri-yaşayış binaları var.
Fərqli sahələr üzrə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri özəlləşdirməyə çıxarılıb. Bu dövlət əmlakları Salyan, Oğuz, Lerik, Sabirabad kimi şəhər və rayonlarda yerləşir.
İstehsal tarixləri 2007-2008-ci illər arasında olan nəqliyyat vasitələri “VAZ” və “Nissan” markalı bu avtomobillərin ilkin hərrac qiymətləri 3 min 100 manatla 10 min manat arasındadır.
Qeyd edək ki, noyabrın 12-də növbəti özəlləşdirmə hərracı keçirilib. Rəqabətli hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2008-ci illər olub. Avtomobillər “Mercedes”, “Qaz”, “BMW” və “Fiat” kimi markalara aiddir.
Hərraclara çıxarılan hər bir dövlət əmlakı ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Sifarişçilərlə yanaşı, hərraca marağı olan digər şəxslər də özəlləşməyə onlayn qoşula bilər.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir