logo

Qadın karateçilərimiz Belçikada 2 medal qazanıblar

10:08 13-11-2019 | icon 2821
Qadın karateçilərimiz Belçikada 2 medal qazanıblar

Azərbaycanın qadın karateçiləri Belçikanın Lyej şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.

YeniAvropa xəbər verir  ki, , təmsilçilərimiz Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar.

Bundan əlavə, beynəlxalq dərəcəli hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov  xüsusi dəvətlə turniri idarə edən hakimlər arasında olublar.

Xatırladaq ki, Belçikada müxtəlif yaşlı karateçilər arasında təşkil edilən bu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.