logo

Boliviya Konstitusiya Məhkəməsi prezidentin səlahiyyətlərini senator Janin Anyesə verdi

22:57 12-11-2019 | icon 2436
Boliviya Konstitusiya Məhkəməsi prezidentin səlahiyyətlərini senator Janin Anyesə verdi

Boliviyanın Konstitusiya Məhkəməsi ölkə Prezidentinin istefasından sonra Senatorlar Palatasının ikinci vitse-spikeri, “Demokratik vəhdət” müxalifət partiyasından olan Janin Anyesin dövlət başçısının səlahiyyətlərini üzərinə götürmək qərarının qanuniliyini tanıyıb.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəməni qərarına görə, “prezidentliyin ötürülməsi zərurəti respublika prezidentinin olmaması səbəbindən yarandığından”, dövlət başçısı səlahiyyətlərinin ötürülməsi üçün “nə qanun qəbuluna, nə də parlamentin qərarın ehtiyac var”.

Daha əvvəl Anyes Prezidentin öhdəliklərini üzərinə götürdüyünü bəyan edib və ölkədə yeni dövlət başçısı seçkilərini mümkün qədər tez keçirəcəyini vəd verib.

Xatırladaq ki, oktyabrın 20-də Boliviyada prezident seçkiləri keçirilib. Ali Seçki Məhkəməsi Evo Moralesin qalıb gəldiyini elan edib. Həmin vaxtdan Boliviyada etiraz aksiyaları başlayıb. Noyabrın 10-da Evo Morales istefa verib.