logo

Parisdə təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşü keçiriləcək

18:30 12-11-2019 | icon 2065
Parisdə təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşü keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov UNESCO Baş Konfransının 40-cı sessiyası çərçivəsində noyabrın 13-də keçiriləcək təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Fransanın paytaxtı Paris şəhərində səfərdədir.

YeniAvropa xəbər verir  ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki,  tədbirdə UNESSO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Səfər çərçivəsində Ceyhun Bayramovun UNESCO Baş Direktorunun təhsil üzrə müavini Stefani Giannini ilə görüşü, eləcə də UNESCO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin Fransa Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil edəcəyi “Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı səmərəli strategiyalar mövcuddur?” mövzusunda tədbirdə iştirakı planlaşdırılır.