logo

Dünya dini liderlərinin II Bakı Sammitinə 70-dən çox ölkədən 500-dən artıq nümayəndə qatılacaq

14:30 12-11-2019 | icon 2079
Dünya dini liderlərinin II Bakı Sammitinə 70-dən çox ölkədən 500-dən artıq nümayəndə qatılacaq

Noyabrın 14-15-də müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, dini konfessiya və təriqət liderlərinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edəcəklər.

Sammitdə multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu; Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi; Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə; Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur.

Xatırladaq ki, Sammit prezident İlham Əliyevin sərəncamına əsasən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirləri çərçivəsində təşkil olunur.