logo

Şahmat üzrə iddiaçılar turniri gələn il Yekaterinburqda keçiriləcək

14:10 12-11-2019 | icon 2667
Şahmat üzrə iddiaçılar turniri gələn il Yekaterinburqda keçiriləcək

2020-ci ildə şahmat tacı uğrunda keçiriləcək yarışa vəsiqə verən iddiaçılar turnirinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, 8 şahmatçının mübarizə aparacağı turnir Rusiyanın Yekaterinburq şəhərində baş tutacaq. Yarış gələn il martın 15-dən aprelin 5-dək davam edəcək.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya kubokunun qalibi olmaqla turnirə vəsiqəni də təmin edib. Onunla yanaşı, amerikalı Fabiano Karuana, çinli şahmatçılar Van Xao və Dinq Liren də yarışda iştirak edəcəklər. İki idmançı "Qran-Pri" seriyasının yekunlarına əsasən, daha bir idmançı isə 2019-cu ildə ən yaxşı reytinq göstəricilərinə görə müəyyənləşəcək. Səkkizinci iştirakçı isə təşkilatçılar tərəfindən təyin ediləcək.

Xatırladaq ki, turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.