logo

Sabah Bakıda arabir yağış yağacaq, 18° isti olacaq

13:39 12-11-2019 | icon 2233
Sabah Bakıda arabir yağış yağacaq, 18° isti olacaq

Azərbaycanda noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənəcəyi ehtimal edilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11°, gündüz 15-18° isti, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.