logo

İlham Əliyev Suraxanı, Yasamal, Xətai, Zərdab və Şirvanın icra  başçılarını dəyişdi

12:59 12-11-2019 | icon 2198
İlham Əliyev Suraxanı, Yasamal, Xətai, Zərdab və Şirvanın icra  başçılarını dəyişdi

Prezident İlham Əliyev noyabrın 12-də bir sıra rayonların İcra Hakimiyyətlərinin başçılarının dəyişdirilməsi haqda sərəncamlar imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tutduğu vəzifədən azad edilib. O, digər sərəncamla Şirvan rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Şirvan rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov isə Zərdab rayonuna başçı təyin edilib. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev isə vəzifəsindən azad edilib.

Prezident sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Əziz İmran oğlu Əzizov digər bir sərəncamla Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan əlavə, prezidentin müvafiq sərəncamları ilə Milli Məclisin deputatı Elşad Eldar oğlu Həsənov Yasamal rayon icra hakimiyyətinin başçısı, Rafiq Çəpərxan oğlu Quliyev isə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçıları təyin ediliblər.