logo

Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.

11:59 12-11-2019 | icon 3094
Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Lukas Sotiriou olacaq. Ona həmyerliləri Çaralambos Çaralambous və İoannis Lazarou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kiriakos Çristodoulou yerinə yetirəcək.

Azərbaycan–Lixtenşteyn matçı noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.