logo

Bakıda Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

11:15 12-11-2019 | icon 2520
Bakıda Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

Noyabrın 13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, iclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində BƏƏ-nin nümayəndə heyətinin Azərbaycanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.